Geyiminə 10 mindən çox xərclədi-FOTO

Xalq artisti Aygün Kazımova Xatun Əliyevanın bacısı qızının toyuna dəbdəbəli tərzi ilə damğa vurub. Müğənni məclisə dünya şöhrətli brendin geyim və aksessuarları ilə qatılıb. Onun görünüşü üçün xərclədiyi məbləğ 10 min manatdan çoxdur.

Geyiminə 10 mindən çox xərclədi-FOTO
Aygün Kazımova
reklam

Xalq artisti Aygün Kazımova müğənni Xatun Əliyevanın bacısı qızının toyunda geyimi ilə diqqət çəkib.

Pop kraliça bu dəfə dünyaca məşhur "Dolce & Gabbana" brendinə məxsus geyim və aksessuarlar seçib. Müğənninin tərzi üçün xərclədiyi məbləğ isə 10 min manatdan çoxdur.

Kazımovanın geyindiyi şortun qiyməti 1063 dollar (təxminən 1807 manat), köynəyi 850 avro (təxminən 1490 manat), ayaqqabısı 556 dollar (təxminən 945 manat), sırğası 773 dollar (təxminən 1314 manat), boyunbağılarından biri 750 avro (təxminən 1314 manat), digəri isə 1045 manat (təxminən 1776 manat), bandanası 475 dollar (təxminən 807 manat), qolbağı isə 570 avro (təxminən 999 manat) dəyərindədir.

Ümumilikdə, Aygün Kazımovanın bu görünüşü üçün xərclədiyi məbləğ 10 452 manat təşkil edir.

reklam
reklam