"Hələ Mənim Gələcəyim Qarşıdadır"
Müğənni Fədayə Laçın gözəllik mərkəzində yaşına dair maraqlı bir dialoq yaşayıb. 49 yaşında olmasına baxmayaraq, üzündə qırış olmadığını söyləyən Fədayə, gələcəyə nikbin baxışı ilə izləyicilərinin diqqətini çəkib.
Müğənni Fədayə Laçın son paylaşımı ilə izləyicilərinin marağını qazanıb. Müğənni gözəllik mərkəzində işçilərdən biri ilə yaşadığı dialoqu bölüşüb.
Fədayə bildirib ki, mərkəzdə çalışan xanım ona yaşını soruşub. "Dedim ki, iyunun 3-də 49 yaşım tamam olacaq. Xanım təəccüblə 'Üzünüzdə qırış yoxdur!' dedi. Cavabım isə belə oldu: 'Siz Allah, mənim üzümün qırışan vaxtıdır? Hələ mənim gələcəyim qarşıdadır.'"
Fədayənin bu nikbin yanaşması və illərə meydan oxuyan cavabı sosial mediada geniş maraqla qarşılanıb.