"TikTok azərbaycanlılar üçün deyil"

Müğənni Nadir Qafarzadə sosial şəbəkələrin ailələrin dağılmasında böyük rolu olduğunu bildirib. O, sosial şəbəkələrin düzgün istifadə edilmədiyini və dəyərlərin qorunmasının vacib olduğunu vurğulayıb.

"TikTok azərbaycanlılar üçün deyil"
Nadir Qafarzadə
reklam

"32 ildir ailəliyəm. Davalar da, barışıqlar da olub. Amma ailəmizi qoruyub saxlamışıq. Köhnələrdənəm."

Bu sözləri müğənni Nadir Qafarzadə "Xəbərin var?" verilişində deyib. Sənətçi ailələrin dağılma səbəblərindən danışıb.

O bildirib ki, sosial şəbəkələr və mobil telefonlar ailə münasibətlərinə mənfi təsir edir:

"Bəziləri deyir, həyat mənimdir, başqası nə düşünür, önəmli deyil. Mənə önəmlidir. Abır-həyanı qorumaq lazımdır. Düşünürəm ki, bunu etsəm, nə deyərlər? Uşaqlarım var axı. Dörd divar arasında nə edirsən et, ondan kənara çıxma. Yoxsulluq da yaşamışıq, çörəyə görə dalaşmamışıq. Yoldaşım gözütoxdur. Adam qarına, kürkə, telefona görə boşanır? Bizim söz-söhbətimiz uşaqlara görə olub. Analar ört-basdır edir hər şeyi. Hər şeyi ictimailəşdirmək olmaz.

Telefonu çıxardan səhv edib. Sosial şəbəkə bizim üçün deyil. Biz azərbaycanlılar bundan düzgün istifadə edə bilmirik. Adi TikTok-a baxıram. Həkim çıxır +18 söhbət edir. Çılpaq şəkildə olmaz. Bu qədər acsınız? Mən kişi ola-ola həkimlərin söhbətindən utanıram. İşimdir deyib, hər şey danışmayın. Bunu cəmiyyətə danışmaq... Boşanmaların səbəbi bilirsiniz nədir? Biri yaxşı yaşayır, başlayır paylaşır: sevgilim mənə bunu aldı, evim budur. Bir başqası da universitet qurtarıb, 300 manata işləyəcəyini düşünür. Deyir, nəyimə lazımdır. Gedib bu həyatı yaşayım. Qadınlar TikTok-da küçə söyüşünü keçiblər". (Axşam.az)

reklam
reklam