Müğənni Əminə Şirin şəxsi həyatı ilə bağlı bilinməyən faktları ilk dəfə açıqlayıb. O, keçmiş həyat yoldaşının Xəzər rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov olduğunu etiraf edib.
Əminə münasibətləri barədə danışaraq bildirib ki, onlar ailəli olublar və bu evlilik həbsxanada baş tutub:
"23 yaşında bir qız olaraq hər ay 6 gün ərzində həyat yoldaşımla həbsxanada görüşürdüm. Hətta toyumuz da orada baş tutdu. Gəlinlik paltarında evlənmişəm. Kimsə mənə eşq haqqında danışmasın, çünki mən bunu ən çətin şəraitdə yaşamışam," – deyə müğənni vurğulayıb.
Onların evliliyi 13 il əvvəl başa çatıb. Əminə mərhum həyat yoldaşının xəstə olduğunu eşidəndə onunla əlaqə saxladığını da açıqlayıb:
"Xəstə olduğunu eşidəndə ilk mən zəng etdim. O da dedi ki, bircə bu zəngi gözləyirdim," – deyə müğənni bildirib.
Qeyd edək ki, sabiq prokurorun oğlu Yalçın Həsənov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə mərhum Xalq artisti İlhamə Quliyevanın "oğlu" kimi tanınan Orxan Nadirov isə 11 ay həbs cəzası alıb.