İki mükafata layiq görüldü-FOTO
Əməkdar artist Sənubər İsgəndərli "Qızılgül" və "Qızıl Pərdə" mükafatlarına layiq görülüb. Sənətçi bu nailiyyətini sənət yolunda böyük dəyər kimi qiymətləndirib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Əməkdar artist Sənubər İsgəndərli yeni mükafatlarla sevincini bölüşüb.
Sənətçi "Azərbaycan Teatr Xadimləri İttifaqı" tərəfindən "Qızılgül" mükafatına, Akademik Milli Dram Teatrında canlandırdığı "Dantenin yubileyi" tamaşasındakı Həcər roluna görə isə "Qızıl Pərdə" mükafatına layiq görülüb.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən İsgəndərli təşəkkürünü bildirib:
"Bu mükafatlar mənim üçün böyük dəyər daşıyır və sənət yolumda daha da ilham verir. Mükafat alan bütün sənət dostlarımı təbrik edir, hər birinə yeni yaradıcılıq uğurları arzulayıram!"
Qeyd edək ki, Sənubər İsgəndərli uzun illərdir teatr və kino sahəsində uğurlu fəaliyyət göstərir.
admin Şub 13, 2025 0 490
admin Eki 31, 2024 0 212
AsimanFərzəliyeva Şub 9, 2025 0 199
AsimanFərzəliyeva Şub 7, 2025 0 191
admin Eki 31, 2024 0 167
AsimanFərzəliyeva Mar 22, 2025 0 54
AsimanFərzəliyeva Mar 22, 2025 0 52
AsimanFərzəliyeva Mar 22, 2025 0 55
AsimanFərzəliyeva Mar 22, 2025 0 53
Toplam Oy: 23
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox