Balidə xəstəxanaya yerləşdirildi-FOTO

Məşhur müğənni Melek Mosso Balidə istirahət zamanı səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya yerləşdirilib. O, "Bali Belly" xəstəliyinə yoluxduğunu açıqlayıb.

Balidə xəstəxanaya yerləşdirildi-FOTO
Melek Mosso
reklam

Türkiyəli məşhur müğənni Melek Mosso səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Türk mediasının məlumatına görə, sənətçi həyat yoldaşı Serkan Sağdıçla birlikdə Balidə istirahət edərkən səhhətində narahatlıq hiss edib. Əvvəlcə güclü allergik reaksiya yaşayan Mosso sosial media izləyicilərindən məsləhət istəyib. Daha sonra isə o, "Bali Belly" xəstəliyinə yoluxduğunu bildirib.

Bu xəstəlik əsasən bakterial, viral və ya parazitar infeksiyalar nəticəsində yaranır və qarın ağrısı, ishal, qusma, qızdırma və yorğunluq kimi simptomlarla müşayiət olunur.

Qeyd edək ki, Melek Mosso və Serkan Sağdıç daha öncə boşanacaqları ilə bağlı yayılan xəbərlərlə gündəmə gəlmişdilər.

reklam
reklam