İlkin Həsəni dələduzluğun hədəfi oldu - FOTO
Tanınmış aparıcı İlkin Həsəni son zamanlar sosial şəbəkələrdə yayılan dələduzluq halları ilə qarşılaşıb. Onun adı altında tanışlarından pul istəyən şəxs, Həsəni sosial şəbəkə hesabında xəbərdar edib.
Son zamanlar sosial şəbəkələrdə tez-tez rast gəlinən dələduzluq halları arasında "WhatsApp" vasitəsilə insanların aldadılması da yer alır. Bu dəfə tanınmış aparıcı İlkin Həsəni dələduzların hədəfi olub.
Aparıcının adından istifadə edən naməlum şəxs, İlkin Həsəninin tanışlarına müraciət edərək pul istəyib. İlkin Həsəni bu hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək belə yazıb:
"Dünəndən etibarən əksər dostlarıma və tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı mesajlar gəlir. Adamın rahatlığına baxın, açıq nömrə ilə adımdan istifadə edir və üstəlik yerli bank kartı rekvizitlərini atır", - deyə o bildirib.
Həsəni sosial şəbəkə istifadəçilərini bu tip dələduzluq hallarına qarşı diqqətli olmağa çağırıb.