İlkin Həsəni qəza keçirdi

Məşhur aparıcı və aktyor İlkin Həsəni avtomobil qəzası keçirib. O, bu barədə sosial şəbəkədə izləyicilərinə məlumat verib və sağlamlıq durumunun yaxşı olduğunu bildirib.

İlkin Həsəni qəza keçirdi
İlkin Həsəni
reklam

Aparıcı və aktyor İlkin Həsəni avtomobil qəzası keçirib. O, başına gələn hadisə ilə bağlı sosial media hesabında video paylaşaraq izləyicilərini məlumatlandırıb.

"Bir neçə gündür maraqlı hadisələrlə qarşılaşıram. Sağlamlıq vəziyyətimi kənara qoyuram, amma yaxın günlərdə kiçik bir qəza baş verdi. Görürsünüz ki, bu dəfə sizi sevimli elektromobilimdən yox, köhnə avtomobilimdən salamlayıram. Avtomobil hazırda servisdədir. Amma narahat olmağa ehtiyac yoxdur, hər şey qaydasındadır," – deyə İlkin Həsəni bildirib.