Elon Musk-ın sərvəti 400 milyard dolları keçdi
Elon Musk, sərvəti 400 milyard dolları ötməklə tarixə düşdü. "SpaceX" şirkətinin səhmlərinin satışı və digər amillər onun sərvətinin artmasına səbəb olub.
Amerikalı iş adamı Elon Musk, sərvəti 400 milyard dolları keçən ilk şəxs olub. "Bloomberg" Milyarderlər İndeksi'ndəki məlumata görə, Elonun xalis sərvəti bir anda təxminən 50 milyard dollar artaraq, 439,2 milyard dollara çatıb. Bu artım, onun"SpaceX" şirkətinin səhmlərini satmasından sonra baş verib.
Həmçinin, Maskın sərvətinin artımında keçən ay Donald Trump-ın seçkilərdə qələbə qazanmasının da təsiri olduğu bildirilir. Musk, Trump-ın ən böyük maliyyə dəstəkçisi və donoru olub.