"İncir Reçeli" sevənlərinə şad xəbər – FOTO

Məşhur türk filmi "İncir Reçeli"nin üçüncü hissəsi çəkiləcək. Baş rolda yenidən Halil Sezai Paracıkoğlu yer alacaq.

"İncir Reçeli" sevənlərinə şad xəbər – FOTO
"İncir reçeli" filmi
reklam

Bir zamanlar tamaşaçıların qəlbinə toxunan "İncir Reçeli" filminin 3-cü hissəsi çəkiləcək. Rejissorluq və ssenari Aytaç Ağırlara həvalə olunub, baş rolda isə Halil Sezai Paracıkoğlu yenidən Metin obrazı ilə geri dönəcək.

Filmin çəkilişlərinə gələn ay start veriləcək və layihənin prodüseri Alper Aydın olacaq.

Xatırladaq ki, ilk "İncir Reçeli" filmi 2010-cu ildə nümayiş olunmuş, Halil Sezainin "İsyan" mahnısı ilə böyük populyarlıq qazanmışdı. 2014-cü ildə təqdim edilən ikinci film də tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı.

Yeni filmin süjet xətti və premyera tarixi hələlik açıqlanmasa da, sevənləri səbirsizliklə gözləyir.

reklam
reklam