"İy verib iylənirsən, sənə kim yaxın durar?!"
Müğənni Nüşabə Musayevanın sosial mediada paylaşdığı fikirlər geniş müzakirəyə səbəb olub. O, şəxsi instaqram hesabında bəzi gənclərin baxımsız olduğunu vurğulayaraq sərt sözlər səsləndirib: "Ay bir çox cavanlar, niyə belə baxımsızsınız? Az qala hər yeriniz üfunət qoxur! Dişlərinizi yuyun, ağız qoxusuna görə həkim müayinələrindən keçin. Ay qızlar, gigiyenik və ginekoloji baxımınıza diqqət edin. Bu nədir belə, nə baş verir?"

Musayeva bəzi insanların şəxsi gigiyenalarına diqqət etmədiklərini və bunun onların sosial həyatına da mənfi təsir etdiyini bildirib:
"Gül kimi, gözəl-göyçək qızlarsınız, amma ağzınızın pis qoxusundan iki kəlmə danışmaq olmur. Sonra da deyirlər, filankəsin bəxtinə bax. Ay, bəxt deyil e, iy verib iylənirsən, sənə kim yaxın durar?!"
Müğənninin bu sərt açıqlamaları izləyiciləri arasında müxtəlif reaksiyalarla qarşılanıb.