Bu iki bürc zənginliyə doğru irəliləyir!
Astroloqların fikrincə, bəzi bürclər var ki, onlar təbii olaraq öz həyatlarına pul və sərvət cəlb etmək qabiliyyətinə malikdirlər. Mütəxəssislərin araşdırmalarına görə, Şir və Oğlaq bürcləri hər zaman böyük maddi uğurlar əldə etməyə meyllidirlər. Onların bu uğuru isə məqsədyönlü, zəhmətkeş və ambisiyalı olmaları ilə əlaqələndirilir.

Şir – liderlik və zənginlik simvolu
Şirlər uğur qazanmaq üçün doğulublar. Onlar dəbdəbəli həyata meyllidirlər və daim diqqət mərkəzində olmaq istəyirlər. Bu bürcün nümayəndələri keçmiş həyatlarında da varlı ola bilərdilər və yeni həyatlarında da eyni uğuru təkrarlamağa çalışırlar.
Şirlər güclü liderlik bacarıqlarına sahibdirlər və həm özlərini, həm də ətraflarındakı insanları məqsədlərinə çatmaq üçün motivasiya edə bilirlər. Onların təbii inamı və insanları ruhlandırma qabiliyyəti onlara biznesdə, siyasətdə və motivasiya sahəsində böyük uğurlar qazandırır.
Oğlaq – zəhmətkeş və sistemli
Oğlaqlar çətinliklər qarşısında dayanmağı bacaran və həyatı əvvəlcədən planlaşdıran insanlardır. Onlar iddialı, məqsədyönlüdürlər və öz planlarını reallaşdırmaq üçün müstəqil şəkildə çalışmaqdan çəkinmirlər.
Bu bürc struktur qurmağı və idarə etməyi bacarır, buna görə də çox vaxt böyük şirkətlərin sahibi olur. Oğlaqlar ani uğurlara deyil, uzunmüddətli və davamlı gəlir gətirən layihələrə üstünlük verirlər. Onların səbirli və əzmkar olması maddi baxımdan uğur qazanmalarına kömək edir.