Kanye Uest autizm diaqnozu aldığını açıqladı

Dünyaca məşhur reper Kanye Uest autizm diaqnozu aldığını etiraf edib. O, daha əvvəl bipolyar pozuntu diaqnozu ilə bağlı da rəsmi açıqlama vermişdi. Müğənni insanların ona kömək etməyə çalışdığını, lakin bunun fərqli nəticələr verdiyini vurğulayıb.

Kanye Uest autizm diaqnozu aldığını açıqladı
Kanye West
reklam

Məşhur amerikalı reper Kanye Uest autizm diaqnozu aldığını açıqlayıb.

O, bu barədə "The Download" layihəsində danışıb. Reperin sözlərinə görə, həyat yoldaşı Bianka müğənni Castin Biberin həkiminə müraciət etməsini tövsiyə edib. Həkim isə daha əvvəl Kanye Uestdə bipolyar pozuntunun əlamətlərini müşahidə etdiyini bildirib.

Kanye Uest etiraf edib ki, ətrafındakı insanlar ona kömək etməyə çalışsalar da, bu, bəzən istənilən nəticəni vermir.

"Dünyaya bəxş etdiyim tək şey yaradıcılığımdır. Yaradıcılığımı qoruduğum müddətcə bu yüksəlişə dəyər", - deyə reper vurğulayıb.