Kanye West və Bianca Censori boşanır

Dünyaca məşhur reper Kanye West (Ye) həyat yoldaşı Bianca Censori ilə yollarını ayırır. Cütlük artıq ayrı evlərdə yaşayır və boşanma prosesi başlayıb. Müqaviləyə əsasən, Kanye Bianca’ya 5 milyon dollar ödəməlidir.

Kanye West və Bianca Censori boşanır
Kanye Uest
reklam

Məşhur reper Kanye West (Ye) ilə həyat yoldaşı Bianca Censori boşanmaq qərarına gəlib. Cütlük artıq bir müddətdir ayrı evlərdə yaşayır və rəsmi ayrılıq prosesinə start verilib.

Məlumata görə, boşanma şərtləri çərçivəsində Kanye West həyat yoldaşına 5 milyon dollar ödəməli olacaq. Onların münasibətində problemlərin son aylarda daha da dərinləşdiyi və Bianca’nın reperin həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkdiyi bildirilib.

Qeyd edək ki, Kanye West və Bianca Censori 2022-ci ildə evlənmişdi.