"Keçmiş həyat yoldaşım dəfnimə gəlməsin!"-FOTO

Tanınmış aparıcı Reha Muhtar, müğənni Ferdi Tayfurun yas mərasimində yaşanan davadan sonra öz vəsiyyətini açıqlayıb və keçmiş həyat yoldaşı Deniz Uğurun dəfninə gəlməməsini istəyib.

"Keçmiş həyat yoldaşım dəfnimə gəlməsin!"-FOTO
Reha Muhtar
reklam

Tanınmış aparıcı Reha Muhtar öz vəsiyyətini açıqlayıb və keçmiş həyat yoldaşı Deniz Uğurun dəfn mərasiminə gəlməməsini istəyib. Bu qərarı, mərhum müğənni Ferdi Tayfurun yas mərasimində yaşanan davadan sonra verib. Reha Muhtar bildirib ki, onun vəsiyyəti belədir: "Deniz Uğur dəfnimə gəlməsin. Ferdi Tayfurun başına gələnlər mənim dəfn mərasimimdə yaşanmasın."

Qeyd edək ki, bir müddət əvvəl Reha Muhtar və Deniz Uğurun arasında mübahisə yaranmışdı. Uğur müğənni Nilüfer və qızı Ayşə Nazlı Yumlunun oğlu Poyrazı qaçırmaqla suçlanmışdı. Bu iddialara cavab olaraq Nilüfer "Uşaq qaçırma, saxlama deyə bir şey yoxdur, təəssüf ki, hamısı iyrənc böhtandır" demişdi.

Reha Muhtar 2001-2003-cü illərdə müğənni Nilüferlə, 2008-2010-cu illərdə isə Deniz Uğurla ailəli olub. Aparıcı Nilüferin qızına atalıq edib, Deniz Uğurdan isə bir qızı və bir oğlu var.

reklam
reklam