Kerimcan Durmaz Saxlanıldı
Tanınmış DJ və sosial media fenomeni Kerimcan Durmaz, qanunsuz mərc reklamlarında iştirak etdiyi iddiaları ilə bağlı istintaqa cəlb olunub. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində Durmazın səhnə performansı zamanı qanunsuz mərc saytının adının göstərildiyi və müvafiq ifadələr işlətdiyi iddia olunur.
