Kian Rivz: Hollivudun Milyarder "Bomj"u
Hollivud ulduzu Kian Rivz, keçirdiyi çətin həyat təcrübələri ilə tanınır. O, həm şəxsi itkilər, həm də böyük zorluklar qarşısında səmimi və yardımsevər qalmağı bacarıb. Yaxın dostlarının və ailəsinin itkisinin ardından, Kian mütləq maddi sərvətini yox, sadə həyat tərzini və başqalarına yardım etməyi seçib.
Hollivudun məşhur aktyoru Kian Rivz, bir çox insanın tanıdığı zəngin və nüfuzlu şəxsiyyətlərdən çox fərqlidir. O, həyatının çox hissəsini əzab və çətinliklərlə keçirmiş və buna baxmayaraq, sadə bir həyat sürməyi seçib. Rivz, 3 yaşında atası tərəfindən tərk edildikdən sonra 14 yaşına qədər 3 fərqli ögey ata ilə böyüyüb. Həmçinin, disleksiya xəstəliyi ilə mübarizə aparıb. Kian, gənc yaşda çoxsaylı həyati itkilərlə üzləşib – ilk sevgilisi doğuş zamanı həyatını itirib, həyat yoldaşı avtomobil qəzasında ölüb və yaxın dostu River Poenix narkotikdən zəhərlənərək dünyasını dəyişib. Ən faciəli itki isə bacısının leykomiya xəstəliyinə görə dünyasını dəyişməsi olub. Bu ağır zərbələr onun həyatını formalaşdıran əsas təcrübələrdən olub. Aktör, karyerasında qazandığı böyük pulları şəxsi rifahı üçün istifadə etməyib. Kian, "The Matrix" filminin qazandığı 75 milyon dolları xeyriyyə məqsədlərinə sərf edib. Eyni zamanda, müntəzəm olaraq xəstəxanalara və digər xeyriyyə təşkilatlarına ianələr verir. O, küçələrdə və metroda piyada gəzib, sadə həyatını yaşayır, ən sadə insanlarla belə rahatlıqla ünsiyyət qurur. 2010-cu ildə Kian ad gününü bir marketdə ətrafındakı insanlarla birlikdə keçirmiş və hamıya kofe alaraq bu günü onlarla qeyd edib. Məşhur aktyor, dəbdəbədən uzaq duraraq, kömək ehtiyacı olanlara maddi dəstək verir. Onun bu sadə, lakin dərin həyat fəlsəfəsi, onu həmçinin "Hollivudun milyarder bomj"u kimi tanıtmışdır. Kian Rivz, zənginliyini başqalarına kömək etmək üçün istifadə etməyi seçən nadir ulduzlardan biridir.