"Kişilərin makiyaj etməsi mənə normal gəlmir"

Məşhur stilist Anar Ağakişiyev makiyajın tarixçəsindən danışaraq kişilərin makiyaj etməsinin ona normal gəlmədiyini vurğulayıb.

"Kişilərin makiyaj etməsi mənə normal gəlmir"
Anar Ağakişiyev
reklam

Məşhur stilist Anar Ağakişiyev "MAG" proqramında makiyajın kişilər üçün yaradıldığı barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu məlumatı bir sənədli filmdə öyrənib və kişilərin makiyaj etməsini normal qəbul etmədiyini bildirib. "Özümdən misal çəkəcəyəm. Verilişlərə gedəndə üzümə pudra vurmamışam. Yaşlanmamışam, ancaq bu şey əzəldən şüuraltı qadınlar üçün yaranıbsa, bu, belə də davam etməlidir. Məncə, ehtiyac yoxdur" - deyə, o, qeyd edib.