"Bunu paylaş, sənin səhifəndə yaxşı baxılır"

Aparıcı Kamilə Babayeva qızı Natella ilə münasibətindən söz açıb. O, övladı ilə həm dostluq əlaqəsi, həm də ana-qız münasibətini qorumağa çalışdığını bildirib. Babayeva, uşaqların tərbiyəsi və valideyn-övlad münasibətləri haqqında da fikirlərini bölüşüb.

"Bunu paylaş, sənin səhifəndə yaxşı baxılır"
Kamilə Babayeva
reklam

Aparıcı Kamilə Babayeva qızı Natella ilə münasibətindən danışıb. O, valideyn-övlad əlaqələrinin düzgün qurulmasının vacibliyini vurğulayıb.

Babayeva bildirib ki, övladlarla dostluq etmək onların böyümə prosesində çaşqınlıq yarada bilər:
"Övladla dost olmaz demək düzgün deyil, amma valideynlik və dostluq arasındakı sərhədləri qorumaq vacibdir. Onların həyatında inam hissi yaratmaq lazımdır ki, valideynlərinin həmişə arxalarında dayandığını bilsinlər. Lakin hər şeydə onlara dəstək olmaq da doğru deyil. Uşaqlar həyatı özləri öyrənməlidirlər."

Aparıcı valideynlərin uşaqlarını eqoist şəkildə böyütməsinin təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirib:
"Bəzən valideynlər övladlarını dünyanın mərkəzi kimi görürlər. Onları ifrat şəkildə eqolu böyütmək, gələcəkdə onların başqaları ilə münasibətində problemlər yarada bilər. Ən əsası, uşaqlara başqalarına hörmət etməyi öyrətmək lazımdır."

O, qızının sosial şəbəkədə fəal olduğunu və onun səhifəsini nəzarətdə saxladığını da qeyd edib:
"Özü bəyəndiyi bir şey görəndə deyir ki, bunu paylaş, çünki sənin səhifəndə yaxşı baxılır."