Kıvanç Tatlıtuğ biznesə qədəm qoyur
Tanınmış aktyor Kıvanç Tatlıtuğ, yeni biznes sahəsində addım atmaq üçün Londonda aşpazlıq təhsili alır və yaxın gələcəkdə restoran açmağı planlaşdırır.
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ, karyerasında yeni bir mərhələ açaraq, Londonda 3 aylıq aşpazlıq təhsili almağa başlayıb. 41 yaşlı aktyor, yemək bişirmə texnikasını öyrənərək, bu sahədə öz biznesini qurmağı hədəfləyir. Təhsili tamamladıqdan sonra, evinin olduğu Göktürk ərazisində restoran açmağı planlaşdırır.
Tatlıtuğ, kurs zamanı bişirdiyi yeməkləri həyat yoldaşı Başak Dizerə də təqdim edərək, damaq zövqünü sınayır.