Qalmaqallı serialın yayımına icazə verildi
"Now TV"də yayımlanan və mübahisələrə səbəb olan "Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar" serialının yayım qadağası aradan qaldırılıb.

Serialın istehsalçısı "Medyapım" və şikayətçi ailə arasında aparılan danışıqlardan sonra tərəflər razılığa gəlib və məhkəməyə edilən müraciət geri götürülüb. Bununla da serialın yeni bölümlərinin yaxın günlərdə yayımlanacağı bildirilir.