Köhnə "QAZ-24" ilə Bakıdan Məkkəyə səfər etdi-FOTO

Aparıcı Fərid Rəsul öz "QAZ-24" markalı avtomobili ilə Azərbaycandan Məkkəyə 5 000 kilometr yol qət edərək çatıb. O, bu səfərin çətin olduğunu, lakin uğurla başa çatdırdıqlarını bildirib.

Köhnə "QAZ-24" ilə Bakıdan Məkkəyə səfər etdi-FOTO
Fərid Rəsul
reklam

Aparıcı Fərid Rəsul Məkkəyə səfər edib. O, bu barədə sosial media hesabında paylaşım edərək izləyicilərini məlumatlandırıb.

Aparıcının sözlərinə görə, o, 1977-ci il istehsalı olan "QAZ-24" markalı avtomobili ilə Azərbaycandan Məkkəyə qədər 5 000 kilometr məsafə qət edib. Səfərin çətin keçdiyini vurğulayan Fərid Rəsul bunun unikal bir təcrübə olduğunu bildirib:

"Salam, Məkkə! Nəhayət, 1977-ci ilin 'QAZ-24' avtomobili ilə Azərbaycandan Məkkəyə 5 000 kilometr sürərək çatdıq. Məncə, bu, ilk oldu. Çətin olsa da biz bunu bacardıq. Missiya tamamlandı."

Bu qeyri-adi səfər sosial mediada geniş maraqla qarşılanıb.

reklam
reklam