Sosial Media Fenomeni Həyatını İtirdi

Mardində sosial şəbəkələrdə tanınan fenomen İsmail Öztekin (58) yolu keçmək istəyərkən cipin vurması nəticəsində həyatını itirib. Hadisə yerinə tibbi və polis qrupları cəlb edilib, amma həkimlərin bütün səylərinə baxmayaraq, fenomenin həyatını xilas etmək mümkün olmayıb.

Sosial Media Fenomeni  Həyatını İtirdi
İsmail Öztekin
reklam

Mardində yolu keçmək istəyən sosial media fenomeni İsmail Öztekin (58) cipin vurması nəticəsində həyatını itirib.

Türk mediasına istinadən verilən məlumata görə, İsmail Öztekin "Dünya boş, bak" adlı videosu ilə sosial şəbəkələrdə məşhurlaşmışdı.

Hadisə yerinə dərhal tibbi və polis qrupları göndərilib. İlk tibbi yardımdan sonra Mardin Təhsil və Araşdırma Xəstəxanasına çatdırılan Öztekin, həkimlərin bütün səylərinə baxmayaraq, xilas edilə bilməyib.

Cip sürücüsü saxlanılıb və Öztekinin cəsədi tibbi ekspertiza üçün xəstəxananın meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar başlanılıb.

reklam
reklam