En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Danimarka Kraliçası Marqret, 2022-ci ildə taxtını oğluna verərək, bir çoxlarını təəccübləndirdi. O, yaşının və sağlamlıq problemlərinin təsiri ilə belə bir qərar aldığını bildirib. Lakin, əslində bu qərarın arxasında daha dərin və qarışıq bir həqiqət dayanır.
Kral Frederik və Kraliça Meri, son bir ildə verdikləri sevgili pozlarla və müxtəlif mərasimlərlə ailənin imicini gücləndirmişdilər. Amma bu xoş anların arxasında cütlüyün evliliklərini kölgələyən bir sirr durur. İddiaya görə, ötən may ayında 20 illik evliliklərini qeyd edən cütlüyün münasibətləri o qədər gərgindir ki, onlar rəsmi portretlərdə belə bir araya gəlmək istəməyiblər; şəkillər ayrı-ayrı çəkilib, sonra montaj olunub.
Bu gərginliyin səbəbi, Frederik şahzadənin xanımı Merini aldatmasıdır. Şahzadənin Genoveva Kazanova adlı bir qadınla münasibəti, Danimarkada uzun müddət müzakirə mövzusu olmuşdu.
Kraliça Marqret, oğlunun bu vəziyyətdən qurtulması üçün böyük bir qərar alıb. O, Frederikə dəstək olmaq məqsədilə taxtını oğluna verib. Bu, Kraliça Marqretin öz nüfuzunu risqə ataraq etdiyi bir addım olmuşdur. Kraliça Meri isə, Frederik taxtda olduğu üçün boşanma hüququna sahib deyil və yaşadığı xəyanətə dair heç nə danışa bilmir.
Frederik və Merinin 19 yaşlı vəliəhd şahzadə Kristian, 18 yaşlı şahzadə İzabella və 14 yaşlı əkizlər şahzadə Vinsent və şahzadə Jozefin adlı övladları var.
admin Eki 31, 2024 0 122
admin Eki 31, 2024 0 110
admin Kas 1, 2024 0 24
admin Eki 31, 2024 0 19
admin Kas 3, 2024 0 16
AsimanFərzəliyeva Oca 24, 2025 0 1
Toplam Oy: 21
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox