"The Beatles" 50 il sonra süni intellekt sayəsində "BRIT Awards"a namizəd oldu

1977-ci ildən sonra ilk dəfə olaraq, əfsanəvi "The Beatles" qrupunun "Now and Then" kompozisiyası "İlin mahnısı" kateqoriyasında "BRIT Awards" mükafatına namizəd olub. Süni intellektin köməyi ilə tamamlanan bu trek, qrupun əfsanəvi musiqi karyerasına yeni bir səhifə əlavə edir.

"The Beatles" 50 il sonra süni intellekt sayəsində "BRIT Awards"a namizəd oldu
reklam

"The Beatles" 1977-ci ildən sonra ilk dəfə olaraq "BRIT Awards" musiqi mükafatının namizədi olub. Qrup "İlin mahnısı" kateqoriyasında "Now and Then" adlı kompozisiyası ilə mükafata namizəddir. Bu kompozisiya, 45 illik bir işin nəticəsi olaraq 2023-cü ilin noyabrında yayımlanmış və dərhal Britaniya hit-paradında birinci yeri tutub.

"Now and Then" mahnısının demo versiyasını 1978-ci ildə Con Lennon yazıb, ancaq musiqiçinin ölümündən sonra Yoko Ono, mahnını Pol Makkartniyə təqdim edib. Lakin, mahnının keyfiyyəti yayımlanmağa uyğun deyildi. 2022-ci ildə süni intellekt sayəsində bu problemi aradan qaldıraraq, musiqi yazısından artıq səslər silinib. Mahnı, 1995-ci ildə yazılmış Corc Harrisonun ritm gitara partiyası ilə tamamlanıb və Makkartni onu Rinqo Starr ilə birgə işləyib.

Süni intellektin köməyi ilə yeni bir həyat bulan bu məşhur mahnı, bir çox müasir sənətçilərlə yanaşı, "BRIT Awards" mükafatına namizəd olan bir sıra digər məşhurların da yer aldığı siyahıya daxil olub. Mükafatın təqdimat mərasimi martın 1-də Londonda, "O2 Arena"da keçiriləcək.

"The Beatles", "Grammy"nin analoqu sayılan "BRIT Awards" mükafatlarında əvvəllər də bir neçə dəfə qalib gəlib. Onlar 1977-ci ildə "Ən yaxşı Britaniya qrupu", "Ən yaxşı Britaniya albomu" və "Səsyazma sənayesinə görkəmli töhfə" kimi üç mükafat qazanıblar. Qrup, bütün dövrlərin ən böyük ifaçıları siyahısında birinci yeri tutur və dünyada 600 milyon albom satışını keçərək tarixdə ən çox satılan musiqi kollektividir.

Qrup 1960-1970-ci illər arasında fəaliyyət göstərib və üzvləri Paul Makkartni (82 yaş) və Rinqo Starr (84 yaş) hələ də sağdır.

reklam
reklam