Lindsi Lohanın Plastik Əməliyyat İddialarına Cavabı
Lindsi Lohan, plastik əməliyyatla bağlı yayılan şübhələri təkzib edib, özünün son illərdə həyat tərzini dəyişərək üz dərisinin təbii gəncliyini qoruduğunu açıqlayıb.

Məşhur aktrisa Lindsi Lohan, plastik əməliyyatla bağlı yayılan iddialara son qoyub. 38 yaşlı aktrisa haqqında yayılan bıçaq altına yatması xəbərləri gündəmdə uzun müddət yer aldı. Bu məsələyə atası da reaksiya verdi. Nəhayət, ulduz özü də vəziyyətə aydınlıq gətirmək üçün sosial şəbəkədə bir şəkil paylaşdı. Şəkildə onun dərisinin təbii və gənc görünməsi diqqət çəkdi. Lohan, son illərdə həyat tərzini tamamilə dəyişdiyini və bu səbəbdən üz dərisinin daha təravətli olduğunu vurğulayıb.