Londonda 9 min manatlıq kirayə ev tutdu
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ, həyat yoldaşı Başak Dizer və oğulları ilə birlikdə Londona köçərək, aylıq 9 min manata kirayə ev tutub. Ailənin bu qərarı oğul Kurt Efe'nin təhsili ilə bağlıdır.
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ, oğlunun təhsili məqsədilə həyat yoldaşı Başak Dizer və oğulları Kurt Efe ilə birgə Londona köçmək qərarına gəlib. Onlar artıq Londonda aylığı 9 min manata yaxın olan bir evi birillik kirayələyiblər. Bunun üçün 2 milyon lirə (99,400 manat) əvvəlcədən ödəyən cütlük, yaxın zamanlarda şəhərə köçəcək və oğullarını uşaq bağçasına yazdıracaq.
Bundan əlavə, Kıvanç Tatlıtuğ Londonda olduğu müddətdə kulinariya təhsili almağı da planlaşdırır. Cütlüyün Londona köçəcəyi barədə məlumat bir neçə ay öncə yayılmışdı, lakin o zaman onlar bu xəbəri təkzib etmişdilər.
Xatırladaq ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə Fransanın paytaxtı Parisdə sadə bir mərasimlə evlənmişdilər. 2022-ci ilin aprel ayında isə cütlüyün birinci övladı Kurt Efe dünyaya gəlib.