Məşhur amerikalı aktyor Moskvada xəstəxanaya yerləşdirildi

Amerikalı aktyor Daniel Barns Moskvada ayağını sındıraraq xəstəxanaya yerləşdirilib. O, qarda sürüşərək yıxılıb və əməliyyat olunub. Barns uzun müddətdir Rusiyada yaşayır və bir çox filmlərdə rol alıb.

Məşhur amerikalı aktyor Moskvada xəstəxanaya yerləşdirildi
Daniel Barnes
reklam

Amerikalı aktyor Daniel Barns Moskvada ayağını sındıraraq xəstəxanaya yerləşdirilib.

Səhər saatlarında Leninski prospektində qarda sürüşərək yıxılan aktyorun ayağı sınıb. O, dərhal xəstəxanaya aparılıb və əməliyyat olunub.

35 yaşlı Daniel Barns uzun müddətdir Rusiyada yaşayır və burada filmlərdə rol alır, həmçinin tamaşalarda çıxış edir. O, məşhur "Atraksion" və "Nürnberq" filmlərində rol alıb və Yermolova Teatrında fəaliyyət göstərir. Aktyor eyni zamanda "Amerikalı Dani" ləqəbi ilə videobloger kimi tanınır.