Məşhur caz ifaçısı vəfat etdi

Tanınmış amerikalı caz müğənnisi Roberta Flak 88 yaşında dünyasını dəyişib. Onun menecerinin verdiyi məlumata görə, sənətçi ürək tutması səbəbilə xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Məşhur caz ifaçısı  vəfat etdi
Roberta Flack
reklam

Məşhur amerikalı caz ifaçısı Roberta Flak 88 yaşında dünyasını dəyişib. Müğənninin meneceri Suzanne Koqanın açıqlamasına görə, Flak ürək tutması səbəbilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, Roberta Flaka 2016-cı ildə insult keçirdikdən sonra Lu Qerriq xəstəliyi diaqnozu qoyulmuşdu. Bu nevroloji xəstəlik onun sağlamlığında ciddi problemlərə səbəb olmuş və 2022-ci ildə karyerasını bitirməsinə gətirib çıxarmışdı.

Roberta Flak dünya musiqisində silinməz iz qoyaraq "The First Time Ever I Saw Your Face", "Killing Me Softly with His Song" və "Feel Like Makin' Love" kimi hit mahnıları ilə milyonların qəlbini fəth etmişdi.