Hadisəyə yenidən "Avroviziya" təklifi
Türkiyənin məşhur müğənnisi Hadisə, Belçikadan yenidən "Avroviziya" müsabiqəsinə dəvət aldığını açıqlayıb. Müğənni, təklifi dəyərləndirdiyini, lakin belə bir addım atsa, sərt tənqidlərlə üzləşəcəyindən qorxduğunu bildirib.
Türkiyənin məşhur müğənnisi Hadisə, Belçikadan yenidən "Avroviziya" müsabiqəsinə dəvət aldığını açıqlayıb. O, yarışmanın təmsilçilərindən biri olmağına dair təklifin hər il təkrarlanmasını və bu il də təkrar edildiyini bildirib. Lakin Hadisə, belə bir təkliflə ortaya çıxsa, ciddi tənqidlərə məruz qalacağını düşündüyünü qeyd edib. 2009-cu ildə Türkiyəni "Avroviziya"da təmsil edən Hadisə, həmin il dördüncü yeri tutmuşdu.