Məşhur model, əri və oğlu Braziliyada qaçırıldı: Ailə 12 saat girov saxlanıldı-FOTO
Beyonse ilə işləyən və "Marie Claire" jurnalının üz qabığına çıxmış britaniyalı model Lusiana Kertis, əri və 11 yaşlı oğlu ilə Braziliyada girov götürülüb. Ailə silahlı soyğunçular tərəfindən 12 saat müddətində saxlanılıb, avtomobilləri oğurlanıb və bank hesablarından pul çəkilib. Hadisə Noyabrın 28-də baş verib.
