Mahmut Tuncerə ağır itki – FOTO
Məşhur türkiyəli müğənni Mahmut Tuncer acı xəbər alıb. Müğənninin anası Yüksel Özsoy dünyasını dəyişib. Bu barədə sənətçi sosial media hesabında məlumat verib.

“Anamız Yüksel Özsoy haqqın rəhmətinə qovuşmuşdur. Cənazə namazının təfərrüatlarını bölüşəcəyik”, – deyə o bildirib.
Daha sonra Mahmut Tuncer anasının çərşənbə günü günorta namazından sonra Ankara Karşıyaka Qəbirstanlıq Məscidində dəfn ediləcəyini açıqlayıb.