Malta təmsilçisinin şousu müzakirə yaratdı

Malta Avroviziya seçim turunun qalibi müəyyənləşib. Miriana Kont möhtəşəm performansı ilə birinci yerə yüksələrək, İsveçrənin Bazel şəhərində keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb. Onun səhnə şousu və geyim tərzi sosial mediada geniş müzakirələrə səbəb olub.

Malta təmsilçisinin şousu müzakirə yaratdı
Miriana Kont
reklam

Malta Avroviziya mahnı müsabiqəsi üçün seçim turunu başa vurub. Səhnədə enerjili performansı ilə seçilən Miriana Kont "Kant" adlı mahnısı ilə qalib gəlib. Bu qələbə ona 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində Malta bayrağını dalğalandırmaq imkanı verib.

Bununla yanaşı, müğənninin səhnə şousu və geyim seçimi sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çoxları onun müasir və fərqli tərzini təqdir etsə də, bəzi izləyicilər geyimini tənqid ediblər.

Miriana Kont artıq Avroviziya səhnəsinə hazırlaşır və müsabiqədə uğur qazanmaq üçün xüsusi konsept üzərində işlədiyini bildirib.