"Marketlər Cibimizə Girir"

Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov marketlərdəki saxta endirimlər barədə danışıb, bu cür aldadıcı praktikaların insanları necə çaşdırdığını və cibimizə necə təsir etdiyini vurğulayıb.

"Marketlər Cibimizə Girir"
Aytən Səfərova
reklam

Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov, marketlərdəki saxta endirimlərlə bağlı tənqidlərini bildirib. M.Rəsulov "Xəbər ertəsi" verilişində alış-veriş zamanı yaşadığı bir hadisəni paylaşaraq, marketlərin yalançı endirimlər vasitəsilə müştəriləri aldadığını bildirib. O, belə deyib:

"Məhsulun üzərinə böyük hərflərlə "endirim" yazılıb. Məhsulu aldım və kassaya yaxınlaşdım. Baxıram ki, endirimli qiymət deyil. Cavab verirlər ki, endirim sabahdan qüvvəyə minəcək. Kağızda çox kiçik bir şəkildə yazılıb ki, müəyyən tarixdən sonra tətbiq ediləcək. O zaman niyə bu endirimi indi yazırsınız? Gecə və ya səhər qoyun bu məlumatı".

A.Səfərova isə sözlərinə əlavə edərək bildirib: "İnsanlar bunu alır və kartla ödəyir. Çoxları bunun fərqinə varmır. Bizim cibimizə girirlər. Oradakı işçilərin günahı yoxdur, amma marketin sahibi bu işçiləri düzgün yönəltməlidir. İnsanlar bu yalandan artıq yorulub".

Bu açıqlamalar marketlərdəki aldatma təcrübələrinin gündəmə gəlməsinə səbəb olub.