Merve və Kerim Yenidən Ekranlarda Birlikdə
"Ufak Tefek Cinayetler" serialında Merve və Kerim obrazları ilə tamaşaçıların yaddaşında iz buraxan Aslıhan Gürbüz və Osman Sonan, yeni layihə ilə ekranlara qayıdır. Onlar "Mukadderat" filmində yenidən tərəf müqabili olublar. Bu xəbər uzun illərdir onların duetini gözləyən pərəstişkarları üçün böyük sevincdir.
Türkiyənin tanınmış aktyorları Aslıhan Gürbüz və Osman Sonan illər sonra yenidən eyni layihədə bir araya gəliblər. Onlar "Mukadderat" adlı yeni filmdə tərəf müqabili olublar.
Xatırladaq ki, Aslıhan və Osman daha əvvəl "Ufak Tefek Cinayetler" serialında birlikdə rol alıb və Merve ilə Kerim obrazları ilə böyük populyarlıq qazanmışdılar. Bu yeni layihə onların duetini sevən izləyicilər üçün xoş sürpriz olub.
Filmin detalları hələlik tam açıqlanmasa da, hər iki aktyorun yenidən bir arada olması artıq böyük maraq doğurub. Tamaşaçılar "Mukadderat" filmini səbirsizliklə gözləyirlər.