Messi yeni Biznes Dünyasına Adım Atdı - FOTO
Lionel Messi özünün yeni şərab brendini təqdim etdi. "Lionel 10" adını verdiyi brenddə şərabların qiyməti 60,32 avro olacaq.
Lionel Messi, Argentina milli komandası və "İnter Mayami"nin hücumçusu, özünün premium şərab brendini ictimaiyyətə təqdim edib.
Bu yeni biznes layihəsində Messi, Amerika şərab zavodu olan "Mmwinemaker" ilə əməkdaşlıq edib. Təqdimatda, biri ağ etiketli, digəri isə qara etiketli olmaqla iki növ şərab nümayiş etdirilib. Hər iki şüşənin üzərində futbolçunun silueti yer alıb.
Messi şərab brendinə "Lionel 10" adını verib. Brendin şüşələrindən birinin qiyməti isə 60,32 avro olaraq təyin edilib.
Bu arada, Messi bu mövsüm klubu ilə bütün yarışlarda 22 oyun keçirib, 21 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin qışına qədər davam edir. "Transfermarkt" portalına görə, 37 yaşlı futbolçunun transfer dəyəri isə 20 milyon avro təşkil edir.