Dünya trendinə daxil olan Çaqayev karyerasını bitirir?

Dünya trendlərində "TikTok" fenomeninə çevrilən məşqçi Emin Babayev (Çaqayev) karyerasını bitirmək istədiyini açıqlayıb. 34 yaşlı idmançı növbəti beynəlxalq yarışda iştirak edib, idman karyerasına son qoymağı planlaşdırır. Babayev, motivasiyasının özündən gəldiyini və 40 yaşına qədər idmanla məşğul olmağı hədəflədiyini bildirib.

reklam

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlandı. Bu dəfə verilişin qonağı, məşqləri ilə "TikTok"un dünya trendlərinə düşən məşqçi Emin Babayev (Çaqayev) olub. Babayev, məşqlərinin öz motivasiyası ilə əlaqəli olduğunu və hər zaman öz nəticələrini ön planda tutduğunu bildirib:
"Həmişə məşq edəndə beynimdə özümlə danışıram. Qazandığım nəticə mənə lazımdır. Hər bir insan özünə görə çalışmalı, özünü fikirləşməlidir", – deyə o qeyd edib.

Çaqayev, karyerasını tezliklə bitirmək istədiyini də açıqlayıb. O, son zamanlarda beynəlxalq bir turnirdə birinci yer tutduğunu və yaxın zamanlarda başqa bir yarışa qatılıb, karyerasını sonlandırmağı planlaşdırdığını bildirib. "34 yaşım var, düşünürəm ki, artıq işimi sonlandırmağın vaxtıdır. Qarşıma məqsəd qoymuşam ki, 40 yaşıma kimi işləyim, sonra isə dincəlim", – deyə məşqçi sözlərinə əlavə edib.

O, bodibildinq sahəsinin çox əziyyətli olduğunu və bu sahədəki idmançıların əldə etdikləri böyük nailiyyətlərə baxmayaraq, bu sahənin cəmiyyət tərəfindən yetərincə qiymətləndirilmədiyini də vurğulayıb:
"Bu sahə çox əziyyətlidir. Nə qədər idmançılarımız var ki, böyük nailiyyətlər əldə ediblər. Onlarla fəxr edirəm, amma buna baxmayaraq, ortada heç nə yoxdur", – deyə o bildirib.

Emin Babayevin açıqlamaları idman dünyasında geniş müzakirələrə səbəb olub.