"Meyxanaçı olmasaydım, saçım vaxtından tez ağarmazdı"

Meyxana ustası Orxan Lökbatanlı sənət həyatının çətinliklərindən və stresin erkən qocalmaya təsirindən danışıb. O, həmçinin mərhum meyxanaçı Vüqar Biləcəri ilə dərin dostluğunu xatırlayaraq, onun ürəyinin uşaq kimi saf olduğunu bildirib.

"Meyxanaçı olmasaydım, saçım vaxtından tez ağarmazdı"
Orxan Lökbatanlı
reklam

Meyxana ustası Orxan Lökbatanlı sənət həyatının gətirdiyi çətinliklərdən danışıb. O, Baku TV-nin "Qapqara" verilişində qonaq olarkən bildirib ki, meyxanaçılıq peşəsi əsəb, stres və yuxusuz gecələrlə doludur.

"Meyxanaçı olmasaydım, saçım vaxtından tez ağarmazdı. Burada böyük stres, həyəcan və yorğunluq var. Nə vaxtlı-vaxtında yatmaq, nə də normal qidalanmaq mümkün deyil. Bu da insanın erkən qocalmasına səbəb olur," - deyə sənətçi vurğulayıb.

Dostluq münasibətlərinə toxunan Orxan Lökbatanlı mərhum meyxanaçı Vüqar Biləcəri ilə aralarındakı dərin bağdan da danışıb:

"Vüqarla elə mövzularda dərdləşirdim ki, onları heç kimlə bölüşə bilməzdim. Məni yalnız o başa düşürdü. İnsanlar onu hökmran bir meyxanaçı kimi tanıyıb, amma onunla saatlarla dərdləşdiyimiz, başımızı bir-birimizə söykəyib ağladığımız günlər olub. Vüqarın ürəyi uşaq ürəyi kimi saf idi," - deyə sənətçi bildirib.