Mina Hüseyn: "Açıq-saçıq şəkillər çəkdirməyim səhv addım idi"
Müğənni Mina Hüseyn, illər öncə açıq-saçıq fotosessiyalarla bağlı peşmanlığını dilə gətirərək, gələcəkdə daha ailəvi bir həyat istədiyini bildirib.
Müğənni Mina Hüseyn "Xəbərin var?" verilişində qonaq olaraq, illər əvvəl çəkdirdiyi açıq-saçıq fotosessiyalara görə peşman olduğunu bildirib. Hüseyn bu addımın səhv olduğunu etiraf edərək, həyatında dəyişiklik etmək istədiyini vurğulayıb: "Mən ana olmaq, ailəmin olmasını istəyirəm. Gərək onları etməzdim."
Hüseyn, həmçinin tamaşaçı rəylərinə diqqət yetirdiyini qeyd edib: "Yazılan şərhlərdən sonra geyimimə çəki düzən verdim. Məni sevən və sevməyən tamaşaçı o cür görmək istəmir. Bağlı geyimdə görmək istəyir."