Müğənninin 10 min manatlıq dəbdəbəli tərzi – FOTOLAR

Müğənni Lətifə Soyuöz yeni fotosessiyasını izləyiciləri ilə bölüşüb. Lent.az xəbər verir ki, sənətçi "Street fashion" üslubunda çəkilmiş şəkillərində geyim tərzi ilə diqqət çəkib. O, "Louis Vuitton" brendindən çanta və çəkələklər, eləcə də "Balenciaga" libası ilə görünüb.

Müğənninin 10 min manatlıq dəbdəbəli tərzi – FOTOLAR
Lətifə Soyuöz
reklam

İfaçının çantasının qiyməti 2650 avro (təxminən 4890 manat), çəkələkləri isə 549 dollar (təxminən 933 manat) dəyərindədir. Geyiminin qiyməti isə 2350 dollar (təxminən 3995 manat) təşkil edir. Beləliklə, müğənninin bu tərzi üçün ümumi xərci 9818 manata bərabərdir.