“Üzüyüm 9 manat, sırğam 8 manat 50 qəpikdir”

Müğənni Ülviyyə Namazova efirdə aksesuarlarının qiymətini açıqlayaraq, bahalı zinət əşyalarına ehtiyac duymadığını bildirib.

“Üzüyüm 9 manat, sırğam 8 manat 50 qəpikdir”
Ülviyyə Namazova
reklam

Müğənni Ülviyyə Namazova ATV-də yayımlanan "Rəngarəng" verilişində üzərindəki aksessuarların qiymətini açıqlayıb. O, üzüyünün 9 manat, sırğasının isə 8 manat 50 qəpik olduğunu deyib.

Sənətçi aksesuarlarını onlayn sifarişlə aldığını bildirib:
"Əgər digər efirə çıxanlar bahalısını taxırlarsa, elə bu da həmin 'bahalılardandır'. Elədirsə, onda mənim qulağımdakı sırğa da '10 minlikdir'. 10 minin qarşısından 'min'i silin, 10 manat qalsın."

Daha sonra Ülviyyə Namazova üzüyünü metlaxın üzərinə ataraq sındırıb.