Müğənninin konsertində faciə: Fanatı həyatını itirdi

Rusiyalı müğənni Yelena Vaenqanın Tverdə verdiyi konsert zamanı faciə baş verib. 71 yaşlı qadın zalda havasızlıq səbəbindən səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişib. Hadisədən sonra ifaçı konserti yarımçıq dayandırıb.

Müğənninin konsertində faciə: Fanatı həyatını itirdi
Elena Vaenga
reklam

Rusiyalı müğənni Yelena Vaenqanın Tverdə keçirilən konserti zamanı faciə yaşanıb. 71 yaşlı Tamara adlı qadın tədbir zamanı səhhətinin kəskin pisləşməsi nəticəsində dünyasını dəyişib.

O, rəfiqəsi ilə birlikdə Proletarka Mədəniyyət Mərkəzində baş tutan konsertə qatılıb. Lakin tamaşa zamanı zalda havasızlıq səbəbindən qadının vəziyyəti pisləşib. Hadisə yerində həkim müdaxiləsi gecikdiyindən, onun həyatını xilas etmək mümkün olmayıb. Onun rəfiqəsi isə tibbi müdaxilə ilə sağ qalıb.

Məlumata görə, konsert təşkilatçıları ilkin tibbi yardım üçün heç bir tədbir görməyib və zalda müvafiq şərait yaradılmayıb. Baş verən hadisədən dərhal sonra Yelena Vaenqa konserti yarımçıq saxlayıb.