Günel Ələkbərova Daxili İşlər Nazirliyindən kömək istədi
Müğənni Günel Ələkbərova tanımadığı şəxs tərəfindən təhdid edildiyini bildirərək, Daxili İşlər Nazirliyindən yardım istəyib. Günel, anasının 2 il öncə uğursuz əməliyyatının bu hadisələrə səbəb olduğunu qeyd edib.
Müğənni Günel Ələkbərova, tanımadığı bir şəxs tərəfindən təhdid edildiyini bildirib. O, bu məsələ ilə bağlı olaraq sosial şəbəkə vasitəsilə video yayıb və Daxili İşlər Nazirliyindən yardım istəyib.
"Tanımadığım nömrədən mənə zəng gəldi. Özünü həkim Səadət Əliyevanın nişanlısı kimi təqdim edən Cavid adlı şəxs məni təhdid etdi. Təhlukəsizliyimin təmin olunması üçün daxili işlər naziri Vilayət Eyvazova müraciət edirəm," – deyə müğənni vurguluyub.
Günel özünün və azyaşlı qızının təhlukə altında olduğunu bildirərək, hadisənin səbəbini 2 il öncə anasının uğursuz əməliyyata məruz qalması ilə əlaqələndirib:
"Anam 65 yaşında idi və səhhətində ciddi problemlər var idi. Həkim Səadət Əliyeva onu yerli keyitmə ilə 10 saat əməliyyat etmişdi. Hazırda anamın üzündə ciddi deformasiyalar var və o vaxtdan problemlər bitməyib. Klinika ilə əlaqə saxlayanda həmin həkimin artıq orada işləmədiyini dedilər. Amma onun başqa klinikalarda işlədiyini bilirik."
Günel məsələ ilə bağlı 102 qaynar xəttinə zəng etdiyini və Binəqədi Rayon Polis idarəsi 6-cı Polis Şöbəsinə məsələ ilə əlaqədar ərizə verdiyini qeyd edib.