“Oğlumun atası imkanlıdır, amma kömək etmir”

Xanəndə Kəmalə Nəsibova keçmiş həyat yoldaşının oğluna maddi dəstək vermədiyini bildirib. O, oğlunu prestijli universitetdə oxutduğunu və bütün xərcləri öz gücü ilə qarşıladığını vurğulayıb. Sənətçi çətin anlarında qızıllarını satmaq məcburiyyətində qaldığını da etiraf edib.

“Oğlumun atası imkanlıdır, amma kömək etmir”
Kəmalə Nəsibova
reklam

Xanəndə Kəmalə Nəsibova oğlu ilə bağlı şəxsi həyatına dair səmimi açıqlamalar verib.

Milli.Az-ın məlumatına görə, sənətçi bu barədə "Evdəkilərə salam" proqramında danışıb.

O, övladının atasının kifayət qədər imkanlı olmasına baxmayaraq, ona maddi dəstək göstərmədiyini bildirib:

"Çox gözəl universitetdir, Allah kömək olsun, sona qədər davam edim. Amma atası kömək etmir. Baxmayaraq ki, çox imkanlıdır. Mən özüm baxıram oğluma. Oğlum atasının soyadını daşıyır – Əlibəyli Nur Əli oğludur. Cəsarətlə deyirəm ki, ancaq öz gücümə edirəm. Mən dara düşəndə ancaq qızıllarımı satmağa gücüm çatır. Hər ay təkcə evə 3 min 500 manat gedir. O qədər ərköyün böyütmüşəm ki, tək qalır”, – deyə sənətçi bildirib.

O, bütün xərcləri təkbaşına qarşıladığını və övladı üçün əlindən gələni etdiyini vurğulayıb.

reklam
reklam