Musiqi dünyasını silkələyən təcavüz qalmaqalı
Türkiyəli reperlər Ege Taştan və Osman Candan cinsi təcavüz və ölüm təhdidi ittihamları ilə qarşı qarşıya qalıb. Şikayətçi qadın, onları öldürməklə hədələndiyini iddia edib və cinayət işi açılıb.
Türkiyənin İstanbul şəhərində musiqi dünyasında böyük qalmaqal yaşanıb. "Touchdown" adı ilə tanınan reper Ege Taştan və "Qimp" ləqəbi ilə tanınan Osman Candan, C.A adlı qadına cinsi təcavüz etdikləri və onu ölümlə hədələdikləri üçün cinayət işi ilə üzləşiblər.
Şikayətçi qadın iddia edir ki, bu hadisə İstanbulun Ataşehir bölgəsindəki bir evdə baş verib. C.A. əvvəlcə Ege Taştanla tanış olub və bir gün onun evində görüşüblər. Lakin, bu görüşün ardından qadın huşunu itirib və özünə gəldikdən sonra Osman Candan tərəfindən təcavüzə uğradığını anlamışdır. Şikayətçi, hadisədən sonra Ege Taştanın ona, "çox peşman olduğunu və qadağan olunmuş maddələrin təsiri altında olduğunu" söylədiyini iddia edib.
C.A., həmçinin, Ege və Osmanın onu hədələdiklərini və İkbal Uzunerin ölümünə istinad edərək onu öldürəcəklərini söylədiklərini bildirir. Həmçinin, Ege Taştanın kompüterində şikayətçiyə aid cinsi təcavüzlə bağlı bir mahnı tapıldığını qeyd edib. Hadisəni ilk vaxtlar qorxu səbəbindən gizlədən C.A., qadınların dəstəyi ilə sonradan hüquq-mühafizə orqanlarına müraciət edib.
Məsələ artıq məhkəməyə daşınıb və Anadolu Ədliyyəsində araşdırma başlanılıb. Qadın, təcavüzə məruz qaldıqdan sonra hədələnməyə davam etdiyini və digər bir qadının da eyni kişilər tərəfindən girov saxlanıldığını açıqlayıb. Bu qalmaqal musiqi dünyasında geniş müzakirələrə səbəb olub.