Zaurun Mesajı Evliliyi Dağıtdı – VİDEO
Aparıcı Zaur Kamalın göndərdiyi bir mesaj müğənni Afət Fərmanqızının ikinci həyat yoldaşı ilə ayrılmasına səbəb olub. Afət efirdə həyat yoldaşının dostlarından gələn səmimi mesajlara görə onu tez-tez qısqandığını və bu qısqanclığın ayrılığa gətirib çıxardığını etiraf edib. Müğənni bildirib ki, həmin mesajlardan biri də məhz Zaur Kamaldan gəlib.

O, aparıcının göndərdiyi öpücük emojisinin böyük mübahisəyə səbəb olduğunu açıqlayıb:
"Göndərdiyin o öpücük mesajına görə bir dəfə ciddi mübahisə etdik. Deyirdi ki, o, sənə niyə 'ürək' atır?"
Zaur isə Afətin bu açıqlamasına zarafatyana cavab verib:
"Afət, sənlə bir yerdə qalmaq, bir yastığa baş qoymaq asan bir iş deyil.