"Mənim kimi ərinə qulluq edən xanım yoxdur"

Əməkdar artist Rühəngiz Allahverdiyeva şəxsi həyatı ilə bağlı etiraf edib. O, həyat yoldaşına göstərdiyi qayğı və fədakarlıqdan danışaraq, tam xoşbəxt ola bilmədiyini bildirib. Sənətçi bunun səbəbini paxıllıq və müdaxilələrlə əlaqələndirib.

"Mənim kimi ərinə qulluq edən xanım yoxdur"
Rühəngiz Allahverdiyeva
reklam

Əməkdar artist Rühəngiz Allahverdiyeva verdiyi açıqlama ilə diqqət çəkib. O, qonaq olduğu "Zaurla Günaydın" verilişində şəxsi həyatından danışaraq, həyat yoldaşına göstərdiyi qayğı və fədakarlıqdan bəhs edib.

Sənətçi aparıcı Zaur Baxşəliyevin "Hər şeyi etmisiniz, amma bir tək onu bacarmadınız?" sualına belə cavab verib:

"İnanmıram ki, mənim kimi Azərbaycanda həyat yoldaşına bu qədər qulluq edən başqa bir xanım olsun. Bəlkə də var, amma onların sayı çox azdır. Mən tam xoşbəxtliyə layiq bir qadın idim, amma xoşbəxt ola bilmədim. Bunun səbəbi kənardan mənə edilən paxıllıqlar və müdaxilələr idi. Amma hər gün nəyəsə görə ağlayacaq deyiləm."

Qeyd edək ki, Rühəngiz Allahverdiyeva daha əvvəl verdiyi açıqlamalardan birində boşanma səbəbi kimi mediada yayılan və avtomobil qəzası zamanı yanında kişi "dostunun" olması ilə bağlı iddiaları göstərmişdi.