Məşhur ispan aktrisası dünyasını dəyişdi
İspaniya kinematoqrafiyasının önəmli simalarından biri olan Marisa Paredes 78 yaşında dünyasını dəyişdi. Aktrisa, bir çox məşhur film və serialda öz rolunu böyük ustalıqla canlandırmışdı.
İspaniyanın tanınmış aktrisası Marisa Paredes 78 yaşında vəfat edib. Aktrisa Madriddə dünyasını dəyişib.
Marisa Paredes, 14 yaşında aktrisalığa başlamış və ömrü boyu 75-dən çox film və serialda yer alıb. Onun yaddaşlarda qalan məşhur filmləri arasında "Hündürdaban" (1991), "Həyat gözəldir" (1997), "Anam haqqında hər şey" (1999), "Şeytanın bel sümüyü" (2001) və "Yaşadığım dəri" (2011) kimi əfsanəvi işlər mövcuddur. Paredes, öz zəngin karyerası ilə həm yerli, həm də beynəlxalq kinematoqrafiyada iz buraxmışdır.