Məşhur reper federal axtarışa verildi

Rusiya İstintaq Komitəsi, məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib. O, xarici agentlərə aid materiallar yayımlamaqda ittiham olunur.

Məşhur reper  federal axtarışa verildi
Morqenştern
reklam

Rusiya İstintaq Komitəsi məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib. Komitə, bununla bağlı məlumatı "Telegram" kanalında yayıb.

Bildirilib ki, Morqenşternə qarşı cinayət işi Moskva Şimal İnzibati Dairəsi üzrə İstintaq Komitəsinin Savelovski şöbəsi tərəfindən araşdırılacaq.

Reper, Rusiya qanunvericiliyində xarici agentlərə aid vəzifələri yerinə yetirməkdən imtina etməkdə ittiham olunur.

İstintaq məlumatına əsasən, Morqenştern 2024-cü il martın 21-dən gec olmayaraq, sosial media platformalarında materiallar yayıb, lakin bu materialların xarici agent tərəfindən yaradıldığını və ya yayıldığını göstərməyib.

Həmçinin, İstintaq Komitəsi Morqenşternin əmlakına həbs qoyulması barədə məlumat verib.

reklam
reklam