"Məşhurları məsxərə obyektinə çevirirlər"
Müğənni Nura Suri efirə çıxmama səbəbini açıqlayıb. O, aparıcıların məşhurları "məsxərə obyektinə çevirərək" sosial şəbəkələrdə təhqir etmələrindən narazıdır.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Müğənni Nura Suri aparıcılardan şikayət edib. Sosial media hesabında etdiyi paylaşımda ifaçı, efirə çıxmama səbəbini izah edib. O, bütün kanallardan dəvət aldığını, amma getmədiyini bildirib. Nura, ən böyük narazılığının verlişlərdə müzakirə edilən mövzular olduğunu və bu mövzuların il ərzində təkrarlanmasından bezdiyini qeyd edib.
"Birinci məni qane etməyən məsələ, verlişlərdə danışılan mövzulardır. Eyni mövzulara həmişə yer verilir, və artıq bundan bezmişəm. Daha maraqlı və dərin söhbətlərə ehtiyac var. Aparıcılar 3-4 qonaq dəvət edib verilişin yarısını reklamlara həsr edirlər. Qonaqlar isə sanki boşluğu dolduran maket kimidir," deyə Nura bildirib.
O, aparıcıların məşhurları yalnız sosial şəbəkələrdə reytinq qazanmaq üçün istifadə etdiklərini və onları məsxərə obyektinə çevirdiklərini vurğulayıb. "Mən hər hansı bir verlişə çıxıb özümü olduğum kimi tanıtmaq imkanı görmürəmsə, və sonra sosial şəbəkələrdə kəsib-doğrayıb təhqir olunaraq istifadə edilirəmsə, belə məşhurluq mənə lazım deyil," deyə Suri əlavə edib.
Bundan başqa, müğənni uşaqlıq illərini və məktəbdəki təcrübələrini xatırlayaraq, dünyanı anlamağın çətin olduğunu bildiyini və kitabları sevməsinin səbəbini izah edib. "Məni olduğu kimi təqdim edə biləcək verilişə dəvət etsələr, gələrəm," deyə Nura Suri sözlərini tamamlayıb.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 52
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox